Kərimcan Durmaz Bakıda şou göstərməyə gəlir

08 Fevral, 2019 12:22 | Mədəniyyət | Baxış sayı: 57
Kərimcan Durmaz
Kərimcan Durmaz

Məşhur DJ-in şousu apreldə baş tutacaq

Türkiyənin dünyaca məşhur dj-i Kərimcan Durmaz Bakıya gələcək. O, Bakıda şou göstərəcək. Şou məşhur müğənni, iş qadını Ruhi Əliyevanın rəhbərlik etdiyi şirkətin təşkilatçılığı ilə baş tutacaq. Artıq R.Əliyeva ilə Kərimcan Durmaz arasında razılıq müqaviləsi də imzalanıb.

Görüş zamanı Kərimcan Durmaz artıq 5 ildir Bakıda olmadığını bildirərək, ölkəmizi, eləcə də paytaxtı çox sevdiyini deyib. Kərimcan Durmaz eksklüziv şousunu aprelin 19-da Bakının məşhur məkanlarından  birində olacaq. O, Bakımıza ukraynalı rəqqasları ilə birgə gələcək. "Sevimli Bakı, möhtəşəm şouya hazır ol. Gözləyin məni əziz Azərbaycandakı sevənlərim. Gözləməyinizə dəyəcək. Buna söz verirəm”.