Heydər Əliyev Fondu meyxanaçının müalicəsini üzərinə götürdü

08 Fevral, 2019 16:55 | Mədəniyyət | Baxış sayı: 164
Təcili yardım maşını
Təcili yardım maşını

İnsultdan sonra onun dayaq-hərəkət sistemində problemlər yaranıb

Heydər Əliyev Fondu meyxana ustası Ağakərimin (Kərim Novruzov) müalicəsi ilə bağlı xərcləri öz üzərinə götürüb.

İstiPress-in məlumatına görə, dünən ailəsi maddi vəziyyəti ilə əlaqədar meyxana ustadının müalicəsinin yarımçıq qaldığını açıqlamışdı.

Heydər Əliyev Fondu isə Ağakərimin səhhəti ilə bağlı vəziyyəti araşdıraraq, ona dəstək göstəriləcəyini bildirib.

Qeyd edək ki, 2017-ci ilin mart ayında meyxanaçının beyninə qan sızıb, bundan sonra onun dayaq-hərəkət sistemində problemlər yaranıb.