Kirkorov azərbaycanlı müğənni ilə eyni köynəkdə

08 Yanvar, 2019 12:25 | Mədəniyyət | Baxış sayı: 90
Kirkorov və Eyvazov
Kirkorov və Eyvazov

İfaçılar Mayamidə qarşılaşıblar

Rusiyanın xalq artisti Fillip Kirkorov azərbaycanlı opera ifaçısı ilə eyni geyindi. İstiPress-in məlumatına görə, Mayamidəki restoranlardan birində Krinkorov Anna Netrebko və həyta yoldaşı Yusif Eyvazovla qarşılaşıb. Maraqlıdır ki, onların hər ikisinin əynində eyni köynək olub. 

"Sözləşməmişdik. Amma yenə eyni geyimdəyik. Deyəsən keçmiş həyatımızda biz əkiz olmuşuq", deyə azərbaycanlı ifaçı zarafat da edib.

İfaçıların geyimləri "Dolce Gabbana"dan olub.