İnfarkt keçirmiş Nurlan Əzizbəylinin son durumu - AÇIQLAMA

08 Yanvar, 2017 15:26 | Mədəniyyət | Baxış sayı: 972
Nurlan Əzizbəyli
Nurlan Əzizbəyli

Müğənni Nurlan Əzizbəylinin həyat yoldaşı Nərmin Əzizbəyli həyat yoldaşının son durumu haqda İstiPress-ə açıqlama verib:

"Hazırda müalicəsi davam edir. Hər şey əsəbdən oldu. İşlərinin alınmaması ilə bağlı əsəb keçirdi. Bu da onun nəticəsidir. Şükür Allaha, ailəmizdə heç bir problem yoxdur. Hazırda müalicəsi ev şəraitində davam etdirilir. Həkimlər xəstəxanaya getməsini məsləhət görsələr də, Nurlan imtina etdi. Özü xəstəxanaya getmək istəmədi. İndi demək olar ki, ancaq uzanır. Həkimlər qəti şəkildə əsəbləşməməyi tapşırıblar".

Qeyd edək ki, müğənni Nurlan Əzizbəyli mikroinfarkt keçirib.