"Oskar"ın aparıcısı homoseksualları tənqid edib
Dünyanın əsas kino mükafatlarının təqdimatından öncə heç kimin gözləmədiyi hadisə baş verib. İstiPress-in məlumatına görə, tanınmış aktyor "Oskar" gecəsində aparıcılıq etməkdən imtina edib. Söhbət şoumen Kevin Hartdan gedir.
Buna səbəb isə onun sosial şəbəkə paylaşımları olub. Belə ki, şoumen sosial mediadakı paylaşımlarında homoseksualları hədəf alıb. Kino akademiyası ondan üzr istməsini tələb edib. Lakin Hart bunun əvəzində, aparıcılıqdan imtina etdiyini açıqlayıb.
Gələn ilin fevral ayının 24-də 91-ci dəfə "Oskar" mükafatlarının təqdim olunma mərasimi baş tutacaq.