Azərbaycanlı modelin TIR sürən keçmiş əri danışdı: "Qazanc yaxşıdır"

07 Dekabr, 2018 13:00 | Mədəniyyət | Baxış sayı: 189
Tolqa Karel
Tolqa Karel

Tolqa Karel ailəsinə namusu ilə baxmağa çalışdığını deyib

Azərbayacanda da hər kəsin yaxşı tanıdığı "Yaprak Dökümü" serialı ilə yaddaşlarda həkk edilən aktyor, azərbaycanlı tanınmış model Günay Musayevanın keçmiş əri müflis olduqdan sonra dəyişən həyatı haqqında danışıb. İstiPress-in məlumatına görə, ABŞ-da yaşayan və amerikalı qadınla evli olan Tolqa Karel TIR sürücülüyünə başladığını təsdiqləyib. 

"Bu iş mənim uşaqlıq xəyalım idi. Mən ailəmə namusumla baxmağa çalışıram. Bir tikə çörəyimi qazanıram. ABŞ-a aktyor olmaq üçün yox, yeni həyat qurmaq üçün gəlmişdim".

Karel indi də nəqliyyat işində böyümək istədiyini deyib. O, işə də məhz sektoru öyrənmək üçün başlayıb. "Şagirdi olmadan bir işin ustası ola bilmərsən. Lisenziya almaq üçün 14 imtahan verməlisən, fiziki və psixoloji testlər çox çətindir. Yəni pilot olmaq qədər uzun və çətin dövrdür".

Onun sözlərinə görə, həftə ərzində 10 min kilometrə qədər yol qət edir. Bəzən bir ay evdən uzaq qalır. İşin riski çox olduğu üçün qazancı da yaxşıdır. 

Xatırladaq ki, Türkiyədə tanınmış aktyor olan Tolqa Karel Günay Musayevə ilə evlənib. Onların Cahangir adında bir övladları olub. Bir neçə il öncə cütlük boşanıb. Bundan sonra Karel ABŞ-a köçərək Sara Skot ilə ikinci dəfə ailə qurub. Bu evlilikdən də onun bir qızı var.

Aktyorun sağlamlıq sektorundakı işləri Türkiyədə baş verən dövlət çevrilişinə cəhd və ABŞ-la münasibətlərin gərginləşməsindən sonra pozulub.