Azərbaycanlı müğənni qızıl zəngini çıxdı

07 Noyabr, 2018 11:17 | Mədəniyyət | Baxış sayı: 215
Qızıl
Qızıl

"Bütün sərmayəmi qızıla qoymuşam"

Türk musiqisinin imperatoru İbarahim Tatlısəsin yetirməsi hesab edilən azərbaycanlı müğənni qızıl həvəskarı çıxdı. İstiPress-in "haberler.com"a istinadla verdiyi məlumata görə, o jurnalistlərə açıqlamasında sərmayəsini qızıla qoyduğunu deyib.

Türkiyədə "Azəri qızı" kimi məşhurlaşan sənətçi alış veriş mərkəzindən çıxan zaman türk jurnalistlərin obyektivinə tuş gəlib. Bu zaman onun boyunbağısı diqqətdən qaçamayıb. İfaçı qızılı çox sevdiyini deyib. "Bunun üçün də bütün sərmayəmi qızıla qoyuram".

İfaçı barəsində estetik əməliyyatlarla bağlı yayılan iddialara da cavab verib. O, ancaq burnunda əməliyyat edildiyini qeyd edib. "Aktrisa Bircə Akalaya bənzəmək üçün səy göstərmirəm. Amma ona oxşamaq da gözəldir, çünki çox xoş qadındır".