Rus televiziya aparıcısının 6 yaşlı azərbaycanlı oğlu

07 Sentyabr, 2018 20:43 | Mədəniyyət | Baxış sayı: 516

Altı yaşlı azərbaycanlı aktyor və model İmran Çələbi "Rossiya 1" telekanalının çəkdiyi Yeni il komediyasının növbəti seriyası "Küknarlar 7"də oynayacaq. 

İstiPress-in məlumatına görə, bu barədə İmranın anası Ramilə Çələbi öz "İnstagram" səhifəsində bildirib. O, filmin çəkilişi zamanı çəkilmiş fotonu yayıb. İmran Boris Vorobyovun, yəni aparıcı və aktyor İvan Urqantın oğlu rolunu oynayacaq.