Azərbaycanlı milyarderin xarabaya çevrilən məkanında ürək ağrıdan FOTOLAR

07 İyul, 2018 10:10 | Mədəniyyət | Baxış sayı: 756
"Mardan Palace"
"Mardan Palace"

"Dünyanın ən lüks oteli" indi dağılır

Ricard Gir, Şeron Stoun, Paris Hilton, Monika Belluçi... Bu məşhrlar bir neçə il öncə azərbaycanlı milyarderin dünyanən ən lüks otelinin təntənəli açılışında iştirak ediblər. Məhz bu otel dünyanın ən yaxşıları sırasına adını yazdıra bilmişdi. Söhbət Antaliyada inşaasına milyarddan çox pul sərf edilən "Mardan Palace"dan gedir.

İstiPress-in məlumatına görə, Telman İsmayılovun "dünyanın ən lüks oteli" adına layiq görülən oteli borclarına görə bu gün fəaliyyətsiz qalıb. Artıq ən varlı insanların dincəldiyi, dəbdəbəsi ilə heyran edən otel məhv olmaq üzrədir. 

Ötən ildən oteldə rezervasiya dayandırılıb, iş adamının borclarına görə, onun suyu, işığı da kəsilib. İndi minlərlə insanın zövq aldığı oteldə ancaq 30-a yaxın işçi var. Onar da boş binanın mühafizəsi ilə məşğul olurlar.

Bu gün susuz oteldə hovuzların çoxu quruyub, onun ətrafındakı dəmir barmaqlıqlar oğurlanıb, limanı çöküb, çimərliyinin vəziyyəti ürəkağrıdır. Misirdən gətirilən yandırmayan, yapışmayan 9 min ton qızılı qumun hamısı demək olar ki, yox olub. 

Binanın əsas girişindəki ışıqlı hovuz boşaldılıb, baxımsız qaldığı üçün mərmərlər saralıb, çəmənlər sulanmadığı üçün quruyub. Otelə aid maşınlar da uzun müddətdir istifadə edilmədiyi üçün toz torpağa bulaşıb. 

Xatırladaq ki, otelin 2009-cu ildəki açılışı 25 milyon dollara başa gəlmişdi. Açılışda dünya ulduzları ilə yanaşı bəzi ölkə liderləri də yer almışdı. Mərasimi 151 jurnalist işıqlandırıb.

AST Telmanın atasının şərəfinə adlandırdığı oteldə 560 otaq var.