Rusiya gözəli azərbaycanlılar toyunda aparıcıq etdi FOTO

07 İyun, 2018 11:47 | Mədəniyyət | Baxış sayı: 409
Anna Qorodjaya
Anna Qorodjaya

"Miss Rusiya"ya azərbaycanlı müğənni də kömək edib

Rusiyanın ən tanınmış gözəllərindən biri azərbaycanlıların toyunda aparıcılıq edib. Anna Qorodjaya azərbaycanlı müğənni Xəyyam Nisanovla birlikdə məclis idarə edib.

"Miss Rusiya 2013", "Birinci vitse miss Rusiya 2012" titullarının sahibi ilə birlikdə toyda çəkilən fotosunu Nisanov öz "İnstagram" səhifəsində paylaşıb.

Etibar və Yeva adlı cütlüyün toyunda Rusiyanın məşhur ulduzları da qonaq qismində iştirak ediblər. 

А.Qorodlaya 2002-ci ildən model kimi fəaliyyət göstərir. O, xeyriyyə işləri  ilə də məşğuldur. Model həm də şəxsi toy agentlyinin sahibidir. Model Rusiyada bir çox məşhur simanın toyunun təşkilatçısı kimi tanınır.