İlin ən yaxşıları seçildi FOTO

07 Yanvar, 2019 08:50 | Mədəniyyət | Baxış sayı: 57
Maykl Duqlas
Maykl Duqlas

Ötən gün ABŞ-da "Qızıl qlobus" öz sahiblərini tapdı

Kino sanayesinin "Oskar"dan sonrakı ən nüfuzlu mükafatlarından biri - "Qızıl qlobus" öz sahiblərini tapıb. İstiPress-in məlumatına görə, 1944-cü ildən təqdim edilən mükafatların verilməsi mərasimi ötən gün Beverli Hillsdəki "The Beverly Hilton"da baş tutub. 

İlin ilk "Qızıl qlobus"una amerika aktyoru Maykl Duqlas "teleserialda, komediyada ən yaxşı aktyor" nominasiyasında sahib olub. Duqlas bu mükafatlara "Kominski metodu" serialında ("The Kominsky Method"-red) baş rolun ifasına görə layiq görülüb. Onun rəqibləri arasında Cim Kerri ("Zarafat edirəm" serialı, Kidding) Saşa Baron Koen("Amerikada kim var?") olub.

"Ən yaxşı rejissor" nominasiyasında "Roma" ekran işinə görə meksikalı Alfonso Kuaron mükafat əldə edib. Filmdə 1970-ci illərdə yaşayan meksikalı ailənin həyatından bəhs edilir. Bu film həm də "ən yaxşı əcnəbi film" kateqoriyasında təltif edilib. 

"Ən yaxşı dram" - "Bohema raspodiyası"

"Dram filmində ən yaxşı aktyor" -  Rami Malek ("Bohema raspodiyası")

"Dram filmində ən yaxşı aktrisa" - Qlenn Klouz  ("Həyat yoldaşı")

"Ən yaxşı dramatik serial"  -  "Amerikalılar"

"Ən yaxşı müzikl və ya komediya"  -  "Yaşıl kitab"