Məşhur rokçu öldü

06 Dekabr, 2017 10:33 | Mədəniyyət | Baxış sayı: 92
Conni Hollidey
Conni Hollidey

Müğənni ağ ciyər xərçəngindən əziyyət çəkirdi

Musiqi dünyası daha bir əfsanəsini itirdi. İstiPress-in məlumatına görə, rokun əfsanəsi, fransız musiqiçi Conni Hollidey Parisdə ölüb. 74 yaşlı ifaçı ağ ciyərin xərçəngindən əziyyət çəkirdi. 

"Conni getdi. Mən bu sözləri yazsam belə özüm də buna inana bilmirəm", deyə onun həyat yoldaşı Letisiya bildirib. 

Hollideyin xəstəliyi barədə xəbər bu ilin mart ayında yayılmışdı. Lakin o özünü yaxşı hiss etdiyini, həyatı üçün ciddi təhlükə olmadığını demişdi. 

"Fransızların Elvis Preslisi" adlandırılan rokçu noyabr ayında xəstəxanaya yerləşdirilmişdi.