"Kurtlar vadisi" izləyicilərinə şad xəbər

06 Dekabr, 2016 20:35 | Mədəniyyət | Baxış sayı: 184
Kurtlar Vadisi
Kurtlar Vadisi

Filmin hansı telekanalda yayımlanacağı dəqiqləşməyib

Azərbaycanda da böyük maraqla izlənilən "Kurtlar Vadisi Pusu" serialı yanvar ayından etibarən ekranlara qayıda bilər.

İstipress.com Türkiyə KİV-nə istinadən verir ki, məşhur serialın hələlik hansı telekanalda yayımlanacağı dəqiqləşməyib. Ancaq filmin gələn ilin yanvarından yayımlanacağı gözlənilir. Qeyd edək ki, "Panafilm"in çəkdiyi mafiyalardan və dövlətin təhlükəsizlik qüvvələrinin onlarla mübarizəsindən bəhs edən bu film 13 ildir ekranlardadır. Polad Ələmdar adı ilə məşhur olan baş rolun ifaçısı Necati Şaşmaz və onun qardaşı Raci Şaşmazın bir sıra ölkələrdə, eləcə də Azərbaycanda sevilən, bu ilin yayında sezon finalı nümayiş etdirilən filmi sentyabrda ekranlara qayıtmalı idi. Amma film indiyə qədər tamaşaçılarına qovuşmayıb.