Dünya şöhrətli müğənni dünyasını dəyişdi

06 Oktyabr, 2018 11:55 | Mədəniyyət | Baxış sayı: 81
M.Kabalye
M.Kabalye

Opera ifaçısı bu gecə xəstəxanada keçinib

Dünya şöhrətli ispaniyalı opera müğənnisi Montserat Kabalye Barselonada vəfat edib. O, 85 yaşında dünyasını dəyişib. "El Paisco" qəzetinin məlumatına görə, müğənni bu gecə San-Pau klinikasında keçinib.

M.Kabalye ötən ayın ortalarında sidik kisəsindəki nasazlığa görə xəstəxanaya yerləşdirilmişdi.

Məlumata görə, dəfn oktyabrın 8-də baş tutacaq. 

Kabalye 1933-cü ildə anadan olub. Opera ifaçısı Barselonadakı dağlardan birinin şərəfinə adlandırılıb.

Kabalye 1965-ci ildə Donisettinin “Borcia” operasındakı Lukresiya rolunda xəstələnən amerikalı müğənni Marilin Hornu əvəz etdikdən sonra dünya şöhrəti qazanıb.