Bakıda “Jara” filmi təqdim edildi FOTOLAR

06 Sentyabr, 2019 14:19 | Mədəniyyət | Baxış sayı: 58
"Jara" filminin təqdimatı
"Jara" filminin təqdimatı

Mərasimdə Emin Ağalarov, leyla Əliyeva və onların oğlu da iştirak edib

Bakının Heydər Əliyev Mərkəzində romantik komediya üslubunda çəkilən “Jara” filminin təqdimatı keçirilib. Filmin ideya müəllifi və prodüseri Teymur Cəfərov, rejissoru Dunya Lisova, quruluşçu rəssamı Masksim Alipçenko və quruluşçu operatoru Vasili Rıjovdur. 

Tədbirdə Xalq artisti Emin Ağalarov, filmin aktyor heyəti, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Filmin çəkilişləri “Jara” beynəlxalq musiqi festivalı çərçivəsində ötən ilin iyul ayında Bakıda baş tutub. Çəkilişlərdə Filipp Kirkorov, Nikolay Baskov, Qriqori Leps, Ani Lorak, Emin, Valeriya, İosif Priqojin, Timati, Yeqor Krid və başqaları iştirak ediblər.

Ekran əsərinin süjeti Rusiya estradasının ulduzları ilə dolu təyyarədə başlayır. Onlar Bakıda keçirilən “Jara” festivalına uçurlar və çoxsaylı macəralar bundan sonra başlayır.