Onun keçmişdə kişi olduğuna heç kim inanmır - "Victoria's Secret"in yeni gözəlçəsi FOTOLAR

06 Avqust, 2019 14:31 | Mədəniyyət | Baxış sayı: 258
Valentina Sampaio
Valentina Sampaio

Şirkət tarixində ilk dəfə transvestit modellə işə başlayıb

Dünyanın ən məşhur alt geyimi istehsalçılarından biri olan "Victoria's Secret" yenilik edib. Şirkət tariixndə ilk dəfə olaraq transvestit modeli dəfiləsinə çıxarıb.

Qeyd edək ki, şirkətin marka məsulu Ed Razek hələ ötən ay verdiyi açılamada transların "Victoria's Secret"də yerinin olmadığını demişdi. Bu açıqlamadan sonra imicini zədələnən şirkət günlər sonra isə geri addım atıb. Valentina Sampaio adlı model şirkətin marka üzü olub. Onun bir zamanlar kişi olduna inanmaq isə olduqca çətindir.

Sampaio "Secret Pink" kolleksiyası üçün kamera qarşısına keçib. Braziliyalı model "xəyal qurmaqdan heç vaxt əl çəkmədim" şərhi ilə fotolarını paylaşıb. 

Valentinanın peşəkar model kariyerası 2016-cı ildə "L'Oreal Paris gözəllik səfiri" seçilməsi ilə başlayıb.

Qeyd edək ki, 8 yaşında psixoloqu sayəsində özünü qadın kimi hiss etdiyini müəyyən edən model, 10 yaşından etibarən "Valentina" olub.