İşsiz TV rəhbərinə vəzifə verildi

06 Avqust, 2018 14:28 | Mədəniyyət | Baxış sayı: 158
Hökumət Evi
Hökumət Evi

İctimai Televiziyanın sabiq direktoru Cəmil Quliyevə vəzifə verilib.

İstiPress-in məlumatına görə, Cəmil Quliyev avqustun 1-dən Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin Filmlərin qeydə alınması, təbliği və yayımı sektorunun müdiri təyin edilib.

Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov məlumatı təsdiq edib.

Cəmil Quliyev
Cəmil Quliyev