XİN-in həbs olunan əməkdaşlarından biri məşhur müğənninin atasıdır - FOTO

06 İyul, 2020 16:28 | Mədəniyyət | Baxış sayı: 226
Safura Əlizadə
Safura Əlizadə

Dövlət Təhlükəsizliyi Xidmətinin Xarici İşlər Nazirliyində apardığı əməliyyat nəticəsində həbs olunan İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə "Eurovision" mahnı müsabiqəsinin iştirakçısı, məşhur müğənni Safura Əlizadənin atasıdır.

DTX-nın məlumatına əsasən, Səlim Əlizadə XİN-in təsərrüfat tələbatları üzrə malların alınması, işlərin görülməsi üçün hesablarına pul köçürülən sahibkarlardan həmin vəsaitin müəyyən hissəsi dəyərində rüşvət alıb.

Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.