Türkiyə "Molla Nəsrəddin"ə görə UNESCO-ya müraciət etdi

06 Aprel, 2020 12:03 | Mədəniyyət | Baxış sayı: 67
Molla Nəsrəddin
Molla Nəsrəddin

Balabanın da qeyri-maddi mədəni irs siyahısına salınması istənilib

Türkiyə 4 obyektin qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi üçün UNESCO-ya müraciət edib. Türkiyənin Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, obyektlərdən biri milli, üçü isə çoxmillətli obyektdir.

Qeyd olunur ki, çay mədəniyyəti, balaban və Molla Nəsrəddin lətifələri çoxmillətli şəkildə təqdim edilib.

Belə ki, balaban UNESCO-ya Azərbaycanla birgə, Molla Nəsrəddin lətifələri Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanla birgə təqdim edilib.

Qeyd edək ki, Azərbaycan 2006-cı ildə Qeyri-maddi mədəni irsin qorunması haqqında” Konvensiyaya qoşulub. Hazırda “Qeyri-maddi mədəni irs siyahısında” Azərbaycana aid 6 qeyri-maddi mədəniyyət nümunəsi var: