Əfsanə 103 yaşında öldü FOTO

06 Fevral, 2020 09:31 | Mədəniyyət | Baxış sayı: 88
Kirk Duqlas
Kirk Duqlas

Hollivud ulduzunun ölüm xəbərini oğlu verib

Hollivud daha bir əfsanəsini itirdi. İstiPress-in məlumatına görə, dünya kinosunun ulduzlarından olan Kirk Duqlas 103 yaşında vəfat edib. Hollivudun ən yaşlı aktyorunun ölüm xəbərini onun özü kimi aktyor olan oğlu Maykl Duqlas verib. 

Atasının ölüm xəbərini "İnstagram" hesabından elan edən Duqlas onun dünya üçün bir əfsanə, Hollivudun qızıl əsrinin son nümayəndəsi olduğunu deyib.

"Mavi ekranlarda qoyduğu mirası gələcək nəsillərə də çatacaq. O həm də planetə sülh gətirmək üçün çalışan bir xeyriyyəçi idi. Ata, səni sevirəm və sənin oğlun olmaqdan qürur duyuram". 

Əsl adı Issur Danielovitç Demski olan Duqlas Rusiya əsilli bir yəhudi ailəsində 1916-cı ildə Nyu-Yorkda dünyaya gəlmişdi. Aktyorluq fəaliyyətinə kimi o 40 müxtəlif işdə çalışıb. İlk filmi 1946-cı ildə "Martha Iversin qeyri-adi sevgisi" olub. 1995-ci ildə "Oskar" qazanıb.