"Uşaq doğmağa vaxt yoxdur"

06 Fevral, 2019 13:53 | Mədəniyyət | Baxış sayı: 114
Ebru Gündəş
Ebru Gündəş

Məşhur müğənni hamiləlik xəbərlərinə son qoydu

Uzun müddətli susqunluğunu yeni mahnısı - albomu ilə pozan Ebru Gündəş hamiləliyi ilə bağlı yayılan iddialara dair açıqlama verib. Bir qız anası olan Gündəş ikinci dəfə buna vaxtı olmadığını deyib.

Onun sözlərinə görə, bir-birinin ardınca 57 konsert müqaviləsi var. Bu halda isə uşaq dünyaya gətirməyə vaxt yoxdur. "Biz burdayıq, gözləyərik". 

Xatırladaq ki, E.Gündəş ABŞ-da həbsdə olan iş adamı Rza Zərrabla evlidir. İş adamı bir neçə il öncə İrana qarşı olan ABŞ sanksiyalarını pozmaqda, sənəd saxtakarlığında ittiham edilərək həbs edilib. Bir müddət öncə müğənninin ərindən boşanacağı barədə şayiələr yayılsa da bu öz təsdiqini tapmayıb. E.Gündəşin müntəzəm olaraq həyat yoldaşı ilə görüşmək üçün ABŞ-a getdiyi bəllidir.

Onun son konsertlərindən birində geyindiyi enli geyim ikinci dəfə hamilə olması iddiasının gündəmə gəlməsinə səbəb olub.