Bakı metrosunda konsert - VİDEO

06 Fevral, 2018 14:45 | Mədəniyyət | Baxış sayı: 113
Metroda konsert
Metroda konsert

Bakı metrosunda Qara Qarayevin 100 illiyi qeyd edilib.

İsti Press-in məlumatına görə, “Bakı Metropoliteni” QSC SSRİ xalq artisti Qara Qarayevin anadan olmasının 100 illiyi münasibətilə bəstəkarın adını daşıyan “Qara Qarayev” stansiyasında musiqili proqram təşkil edib.

Simli kvartetin ifasında Qarayevin və digər bəstəkarların əsərlərindən ibarət konsert proqramı təşkil edilib, layihə sərnişinlər tərəfindən maraqla qarşılanıb. 

“Bakı Metropoliteni”nin mətbuat xidmətinin başçısı Nəsimi Paşayev sözügedən konsertdən videomaterialı öz "Facebook" səhifəsində təqdim edib: