Prezident 90 yaşlı rəssama orden verdi FOTO

05 Dekabr, 2018 13:30 | Mədəniyyət | Baxış sayı: 25
Tahir Salahov mükafatlandırıldı
Tahir Salahov mükafatlandırıldı

İlham Əliyev Tahir Salahovun fəaliyyətini yüksək qiymətləndirib

Prezident İlham Əliyev Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı Tahir Salahova 1-ci dərəcəli “Əmək” ordenini təqdim edib.

Dövlət başçısı müasir Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi Tahir Salahovun fəaliyyətini yüksək qiymətləndirib.