Xalq artisti infarkt keçirdi, vəziyyəti ağırdır

05 Oktyabr, 2019 11:47 | Mədəniyyət | Baxış sayı: 233
Ofeliya Sənani
Ofeliya Sənani

Ofelya Sənani Kliniki Tibbi Mərkəzə yerləşdirilib

Azərbaycanın Xalq artisti Ofelya Sənani infarkt keçirib. İstiPress-in "report"a istinadla verdiyi məlumata görə, o, ürəyin ön və arxa divarının infarktı diaqnozu ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.  O.Sənani hazırda xəstəxananın Reanimasiya şöbəsində müalicə alır. 

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Xalq artistinin vəziyyəti ağır qiymətləndirilir.

O.Sənani 1941-ci ildə Bakı şəhərində anadan olub. 1959-1975-ci illərdə radioda işləyib, bir sıra radio tamaşalarında baş rollarda çıxış edib. 1975-ci ildən televiziyada fəaliyyət göstərib. 1960-1990-cı illərdə eyni zamanda "Azərbaycanfilm" kinostudiyasının dublyaj şöbəsində işləyib, 100-dən artıq filmin baş qəhrəmanlarını səsləndirib. O, kinofilmlərdə də çəkilib ("Dağlarda döyüş", "Ulduzlar sönmür" bədii filmləri, "Bakı bulvarı", "Mücrü" və s. televiziya filmləri).