Əməkdar artist bu gün 84 yaşını qeyd edir
Gözdən uzaq, könüldən iraq düşən əməkdar artist ad gününü qeyd edir.İstiPress-in Şimal bürosu Azərbaycanın əməkdar artisti, səhnəmizdə irili -xırdalı, özünün də sayını xatırlamadığı rolları ilə tanınan Məcnun Hacıbəyovla görüşüb. Əməkdar artist Qubanın ikinci Nügədi kəndində yaşayır. Düz 84 il əvvəl - 5 oktyabrda bu kənddə doğulub, böyük teatr səhnəsinə bu kənddən gedib. 2010-cu ildən Bakıdan- teatrdan inciyərərk doğma kəndinə geri qayıdıb.
Heç kimdən şikayətçi olmasa da söhbət zamanı incikliyini ara-sıra büruzə verməyə bilmir. Aktyor 40 il işlədiyi Azərbaycan Dövlət Dram Teatından niyə ayrıldığını da tam açıqlamır. Sadəcə deyir ki, 2010-cu ildən teatrda təmir getdiyindən və müqaviləsi bitdiyindən iş yerindən ayrılmalı olub: "40 il işləmişəm. Rəhmətlik Siyavuş Aslan, Yaşar Nuri, Kamal Xudaverdiyev kimi məşhurlarla birlikdə çalışmışam. Məsləhət oldu ki, teatrdan çıxartdılar məni. Heç nə demədim. Mən də qayıtdım kəndə".
Aktyor teatr səhnəsinə Tofiq Kazımovun dəvətilə gəlib və məhz görkəmli rejissora özünü borclu bilir: "Mən 1958-1961 -ci illərdə Quba teatrında işləmişəm. Rəhmətlik Tofiq Kazımova teatra əsər tamaşa qoymağa gəlmişdi. Məni gördü. Dedi,sən yaxşı aktyor olacaqsan get, ali təhsil al. Mən də getdim. Sənədlərimi İncəsənət İnstitutuna verdim.Qəbul imtahanında Rza Təhmasib məni sorğu-sual edəndən sonra söylədi ki,sən əsl aktyorsan ki... Həmin il instituta qəbul oldum".
Əməkdar artist deyir ki, qışda Bakıda oğlugildə, yaz-yay aylarında isə Quba yaşayır. Uşaqlarından çox razı olduğunu söyləyən Məcnun müəllim Qubada, bölgədə ona olan hörmətdən də razıdır:
Qubanın təmiz havasında 85-ci yaşa qədəm qoyan qocaman aktyorumuza bu yerdə yalnız sağlamlıq arzulayırıq.