8 aylıq həsrət bitdi - məşhur cütlük müjdə verdi

05 Oktyabr, 2019 11:04 | Mədəniyyət | Baxış sayı: 86
Beren Saat və Kənan Doğulu
Beren Saat və Kənan Doğulu

Aktrisa evinə geri qayıdıb

8 aydır boşanma ərəfəsində olduqları deyilən Türkiyənin məşhur cütlüyü barışıb. Söhbət aktrisa Beren Saat və müğənni Kənan Doğuludan gedir.

Aylardın evliliklərində böhran olan cütlük problemlərini həll edib. Aktrisa bir həftə öncə tərk etdiyi evinə geri qayıdıb. 

Haqlarında hər gün fərqli iddia yayılan cütlük ötən gün müjdəli xəbəri verib. 

Xatırladaq ki, 2014-cü ildə ailə quran cütlüyün ailəsində problemlərin yaşandığı heç kimə sirr deyildi. Zaman zaman B.Saatın keçmiş sevgilisinin xatirəsini anması, hətta onun tanınmış DJ ilə birlikdə tətilə çıxması haqqında şayiələr də boşanma haqqında məlumatların yayaılmasını sürətləndirmişdi. Onlar 5 ay öncə evlərini belə ayırmışdılar.