40 yaşlı müğənni ana oldu

05 Avqust, 2019 13:56 | Mədəniyyət | Baxış sayı: 154
Bengü
Bengü

Bengünün qızı bu səhər doğulub

Türkiyənin Azərbaycanda da tanınan daha bir məhşuru ana oldu. Müğənni Büngü bu gün səhər saatlarında ilk körpəsini dünyaya gətirib. İfaçı 40 yaşında doğulan qızına Zeynəb adını verib. Bengü və qızının vəziyyətləri normaldır. 

Xatırladaq ki, bir çox mahnıları dillər əzbəri olan müğənni ötən il iş adamı  Səlim Səlimoğlu ilə nikah masasına oturmuşdu.

Müğənni doğuma sayılı günlər qalmış verdiyi müsahibəsində qızına dayə tutmaq niyyətində olmadığını demişdi. "Onunla özüm maraqlanmağı düşünürəm. Ancaq bir müddət sonra köməkçyə ehtiyac ola bilər".