Anar Nağılbaz dəfn olundu - FOTOLAR

05 Avqust, 2018 12:51 | Mədəniyyət | Baxış sayı: 516
Anar Nağıbazın dəfni
Anar Nağıbazın dəfni

Dünən dünyasını dəyişən reper Anar Nağılbaz dəfn edilib.

İstiPress-in məlumatına görə, mərhum Masazır qəbiristanlığında torpağa tapşırılıb. 

Anar Nağıbazın dəfni
Anar Nağıbazın dəfni

12:11

Dünən dünyasını dəyişən reper Anar Nağılbazın dəfninə hazırlıq başlayıb.

İstiPress-in məlumatına görə,  mərhumun nəşi reperin Masazır qəsəbəsindəki evindədir. Xəbəri eşidən yaxınları mərhumla vidalaşmağa gəlirlər.

 A.Nağılbaz Masazır qəbiristanlığında torpağa tapşırılacaq. Rep ustasının atası, keçmiş millət vəkili Rizvan Cəbiyev oğlunun dünən 44 yaşında qaraciyərin iflası nəticəsində vəfat etdiyini bildirib. 

Anar Nağıbazın dəfni
Anar Nağıbazın dəfni

Anar Nağılbaz 1974-cü il martın 28-də Füzuli şəhəri, Horadiz qəsəbəsində dünyaya gəlib. Replə ilk dəfə 1988-ci ildən etibarən məşğul olub.

1991-ci ildə “Aysel” miniatür teatr studiyasını yaradıb. 1990-1992-ci illərdə “Kirpi” jurnalının, 1993-1995-ci illərdə “Naxçıvan” qəzetinin müxbiri olub.

Böyük səhnəyə 1993-cü il fevralın 28-də “Canlı klip” teatrının müşayiəti ilə Azərbaycan Dövlət Sirkində çıxıb. 1996-cı ildə ilk albomu işıq üzü görüb.

44 yaşlı rep ifaçısı 2 dəfə evlənib. Onun Anjelika adlı ilk həyat yoldaşından 2 övladı var. Bu ilin iyununda isə Aytən adlı xanımla ailə qurmuşdu.

O, keçmiş deputat Rizvan Cəbiyevin oğludur.