Azərbaycanlı biznesmendən əxlaqsız təklif - 1 gecə 1 milyon

05 İyun, 2018 11:10 | Mədəniyyət | Baxış sayı: 1280
Özgə Borak
Özgə Borak

Türk aktrisa Moskvada yaşayan şəxsi ifşa etdi

Özünü azərbaycanlı iş adamı kimi təqdim edən şəxs tanaıanmış türk aktrisasına əxlaqsız təklif edib. İstiPress-in məlumatına görə, bu barədə hər kəsin daha çox "Ihlamurlar altında" serialı ilə tanıdığı Özgə Borak bildirib. O, əxlaqsız təklif göndərən şəxsi sosial mediyada ifşa edib. 

Özünü Rusiyada yaşayan azərbaycanalı iş adamı kimi təqdim edən şəxs aktrisanın "İnstagram" hesabına belə yazıb: "Moskvada yaşayıram. Səninlə bir gecə 1 milyon dollar... Hesabını de, pulu dərhal ödəyim". 

Aktrisanın əxlaqsız təklifə cavabı sərt olub. 

"Adətən izləyicilərimin mesajlarını paylaşmıram. Ya da çox gülməli olsa paylaşıram. Bəzilərinə cavab verməyə də çalışıram. Sevgi mesajları da mçox olur. Məncə, onlarda da hörmətsizlik olmur. Amma bu həddini aşana nə deyəcəyimi bilə bilmədim. Pis, alçaq. Ən yaxşısı "biz onun kinosunu çəkdik" deyək".