"Oskar" sahiblərini tapdı - sevgi qalib gəldi FOTOLAR

05 Mart, 2018 10:35 | Mədəniyyət | Baxış sayı: 123
"Oskar" mükafatlarının təqdimetməsi
"Oskar" mükafatlarının təqdimetməsi

İlin ən yaxşı kinosu seçildi

Dünya kino tarixinin ən nüfuzlu mükafatı "Oskar"ın 90-cı dəfə təqdimetmə mərasimi keçirilib. İstiPress-in məlumatına görə, dünyanın böyük həyəcanla gözlədiyi mərasim Los Ancelesdə baş tutub.

İlin ən yaxşı filmi "The Shape of Water" (Suyun forması) seçilib. Film 13 nominasiyada qızıl heykələ namizəd göstərilsə də, onlardan dördünü qazana bilib. Bunların arasında "ən yaxşı rejissor işi"də var. Film bir qadınla - Amerikanın gizli labaratoriyalarında böyüdülən əlil, bədheybət-amfibiyanın sevgisindən bəhs edir. Hadisələr 1960-cı illərdə cərəyan edir. 

Heykəlin digər sahibləri isə aşağıdakılar olub: 

"Ən yaxşı aktyor" Qari Oldman (“Darkest Hour”)

"Ən yaxşı aktrisa" -  Frances McDormand (“Three Billboards Outside Ebbing, Missouri”)

"Ən yaxşı rejissor"  - Gillermo del Toro ("The Shape of Water")

"Ən yaxşı köməkçi aktrisa" - Allison Cenni ("I, Tonya")

"Ən yaxşı köməkçi aktyor"  -  Sam Rockvell ("Three Billboards Outside Ebbing", "Missouri")

"Ən yaxşı animasiya"  -  "Coco"

"Əcnəbi dildə ən yaxşı film" - "A Fantastic Woman" (Çili)

"Ən yaxşı sənədli film"  - "Icarus"

"Ən yaxşı musiqi"  -  "The Shape of Water"

"Ən yaxşı səs effekti" -  "Dunkirk"

"Ən yaxşı qrim" -  "Darkest Hour"