Ailəsi Azərbaycanın məşhur bəstəkarının məzarını dəyişdi FOTO

05 Mart, 2018 09:20 | Mədəniyyət | Baxış sayı: 770
Tahir Əkbərin dəfni
Tahir Əkbərin dəfni

Tahir Əkbər anasının yanında dəfn edilib

Bir neçə gün öncə dünyasını dəyişən əməkdar İncəsənət xadimi, bəstəkar Tahir Əkbərin məzarının yeri dəyişdirilib. İstiPress-in məlumatına görə, martın 3-də Təzə Pir məscidində vida mərasimi keçiriləndən sonra bəstəkarın cənazəsi torpağa taşırılıb. 

Tanınmış bəstəkar Tahir Əkbər dəfn olunduqdan sonra məzar yeri yenidən dəyişdirilib. Əməkdar artist Aybəniz Haşımova "İnstagram" hesabından onun məzarının fotosunu paylaşıb. İzləyicilərinin məzarın yerinin nə üçün dəyişdirilməsi barədə sualına isə o, "ailənin qərarı belə oldu" deyə cavab verib. 

T. Əkbərin yeni məzarı anası Samaya Əkbərovanın məzarı ilə yanındadır.

T.Əkbər uzun sürən xəstəlikdən sonra martın 2-də dünyasını dəyişib. Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi Tahir Əkbər 1946-cı ildə anadan olub. 1960-cı ildə Dzerjinski adına musiqi məktəbinin fortepiano şöbəsinə daxil olub, 1965-ci ildə isə oranı bitirib. 1970-ci ildə Muxtar Əşrəfi adına Dəşkənd Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsinə qəbul olub. 1985-ci ildən keçmiş SSRİ Bəstəkarlıq İttifaqının, sonra isə Azərbaycan Bəstəkarlar Birliyinin üzvü olub.

Tahir Əkbər müxtəlif janrlarda - xor musiqisi, simfonik və kamera əsərləri yaradıb. Bəstəkarın bəstələdiyi onlarca mahnı, o cümlədən “Dərdin alım“, “Heç küsməyin yeridirmi?“, “Azərbaycan“, “Əzizim“, “Heyfim gəldi“, “Qalardım“, “Bir qız bir oğlanındır“, “Xəzəllərin rəqsi“ və başqa mahnılar görkəmli ifaçılarımız Şövkət Ələkbərova, Mirzə Babayev, Zeynəb Xanlarova və digər müğənnilər tərəfindən uğurla ifa olunub. Onun mahnıları həmçinin Türkiyə müğənnilərinin də ifalarında səslənib. 2006-cı ildə filarmoniyada Tahir Əkbərin 60 illik yubileyi təntənəli surətdə keçirilib.

Tahir Əkbərin ilk məzar yeri
Tahir Əkbərin ilk məzar yeri
Tahir Əkbərin məzarının köçürüldüyü ərazi
Tahir Əkbərin məzarının köçürüldüyü ərazi