Günay İbrahimlidən yeni mahnı və FOTOSESSİYA

05 Yanvar, 2017 16:01 | Mədəniyyət | Baxış sayı: 29
Günay İbrahimli
Günay İbrahimli

İfaçı 2017-ci ilin ilk işini təqdim edib

İstiPress xəbər verir ki, ifaçının təqdim etdiyi yeni mahnı “Sürgün” adlanır. Fotosessiyanın çəkilişləri isə Xızı və Bakıda reallaşıb.

Günay bildirib ki, yeni mahnıya tezliklə klip çəkdirəcək: “Mahnı sevgidən bəhs edir. Musiqisi Pərviz Mahmudova, sözləri Fərdi Quliyevə, aranjimanı isə Rəşad Bağırova məxsusdur. Yaxınlarda musiqi parçasına klip çəkdirəcəyik. İnanıram ki, uğurlu olacaq. Sırf mahnı üçün fotosessiya etdirdim. Şəkillər Xızı və Bakıda çəkilib, müəllif Ruslan Nəbiyevdir. Saçımdan tutmuş geyimimə kimi hər şeyi Anar Ağakişiyev ərsəyə gətirdi. Məni dəyişən və fərqli obraza salan odur. Bütün komandamın üzvlərinə minnətdarlığımı bildirirəm”.