5 ay əvvəl 3 gəlinliklə ərə gedən azərbaycanlı müğənni boşanır

04 Dekabr, 2017 11:35 | Mədəniyyət | Baxış sayı: 1146
Gəlin
Gəlin

Saxta evlilik üzə çıxdı

Bu ilin yayında özünə dəbdəbəli toy edərək ailə quran azərbaycanlı müğənni boşanır. İstiPress-in məlumatına görə, söhbət Natavan Həbibidən gedir. 
Müğənni reper həyat yoldaşı Səid Əliyev (Dado) ilə yollarını ayırmaq qərarına gəlib. Bu barədə o özü "İnstagram" səhifəsində məlumat yerləşdirib. Lakin sonradan bu status silinib.

"Evliliyimizə son qoymağa qərar verdim. Bun nə qədər çətin olduğunu çox insan bilir", deyə o qeyd etmişdi. 

İfaçının bu qərarına prodüsset Tolik (Tarix Əliyev) də rəy bildirib. o da, səhər saatlarında N.Həbibinin fotosunu yerləşdirərək boşanma xəbərini paylaşsa da, sonradan bu paylaşım da silinib. “Səhəri heç də xoş olmayan Natavan Həbibi statusu ilə açdım. Bir onu bilirəm ki, heç bir qadın istəməz ailəsi dağılsın”. 

Xatırladaq ki, cütlüyün toyu iyul ayında olub. Dəbdəbəli toy Bakının ən məşhur şadlıq saraylarından birində baş tutub. Mərasimdə Azərbaycan şou-biznesinin demək olar ki, bütün ulduzları iştirak ediblər. Qız toyu ərzində N.Həbibi üç gəlinlikdə olub. İfaçı həyat yoldaşından 6 yaş böyük idi. 

Çoxları bu toyun gerçək sevgi üzərində qurulmadığını, saxta olduğunu desə də, müğənni hər zaman deyilənləri təkzib edirdi.