Xalq artisti əməliyyat olundu

04 Noyabr, 2017 18:18 | Mədəniyyət | Baxış sayı: 417
Rus Dram Teatrı - Bakı
Rus Dram Teatrı - Bakı

Xalq artisti Fuad Poladov gözündən əməliyyat olunub.

İstiPress-in məlumatına görə, bu barədə cərrah-oftalmoloq Paşa Qəlbinurun "Facebook" səhifəsində məlumat verilib.

Paşa Qəlbinur aktyoru oğlu Tural Qəlbinurla birlikdə əməliyyat edib.

Fuad Poladov  1989-cu ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyorudur. Akademik Milli Dram Teatrının səhnəsində də çox sayda rollar ifa edib.

O, Azərbaycanın görkəmli teatr və kino aktyoru, lirik-psixoloji üslublu aktyorluq məktəbinin qabaqcıl sənətkarlarından biri, fəlsəfi-dramatik və faciə rollarının mahir ifaçısıdır.

Fuad Poladov əməliyyatdan sonra
Fuad Poladov əməliyyatdan sonra