Polad Alemdar "Kurtlar vadisi" heyranlarını üzdü

04 Oktyabr, 2018 12:01 | Mədəniyyət | Baxış sayı: 255
Polad Alemdar
Polad Alemdar

Serial ekranlara nə zaman qayıdacaq?

Türkiyənin ən yaddaqalan və çox izlənən seriallarından olan, çoxlarının həsrətlə yeni seriyalarını gözlədiyi "Kurtlar vadisi" nə zaman geri qayıdacaq? İstiPress-in məlumatına görə, bir çox ölkələrdə, o cümlədən Azərbaycanda minlərlə izləyiçisi olan serialın baş qəhrəmanı, Polad Alemdar rolunu canlandıran Necati Şaşmaz hamını maraqlandıran suala cavab verib.

O, serial pərəstişkarlarını kədərləndirib. "Yeni bir layihəmiz var. Amma "Kurtlar vadisi" deyil. Adı "Növbə" olacaq". O, serialın Antaliyada çəkiləcəyini deyib.

"Artıq animasiya ilə məşğul olmaq istəyirəm. Çünki uşaqların təlimi, tədrisi çox önəmlidir". Aktyor bu sahədə də yeni işlərinin olacağının siqnalını verib. 

Qeyd edək ki, daha öncə də serialın "Kurtlar Vadisi İraq", "Kurtlar Vadisi Gladio" və "Kurtlar Vadisi Fələstin" adlı versiyaları lentə alınmışdı.

Filmin yayımı Türkiyədə iki il öncə baş verən inqilaba cəhddən sonra dayandırılmışdı.