Məşhur aktyordan qorxudan xəbər

04 Avqust, 2018 14:56 | Mədəniyyət | Baxış sayı: 221
Depressiya
Depressiya

"Artıq heç nədən zövq ala bilmirəm"

Azərbaycanda da böyük heyran kütləsi olan, Türkiyənin ən yaraşıqlı və sevilən aktyorlarından biri ekranlardan uzaq qalacaq. Buna səbəb onun səhhətində yaranan problemlərdir. Belə ki, Burak Özçivit "tükənmişlik" sindromuna yoluxub.

İllərdir fasiləsiz çalışan, kinolar, reklamlar, seriallarda rol alan yaraşıqlı aktyor hətta bu problemi ilə bağlı psixoloqa da müraciət etməli olub. "Mən bu həyatda istədiyim hər şeyi etdim. Ürəyim kofe istəyənda Parisə uçdum, gəzmək istədim Şərqə üz tutdum. Amma artıq heç nədən zövq ala bilmirəm", deyə o həkimi ilə dərdləşib.

Müalicə dövründə onun ən yaxın dəstəkçisi isə həyat yoldaşı aktrisa Fahriyye Evcen olacaq. 

Türkiyə mətbuatının məlumatına görə, Burak arvadının da hər zaman ona dəstək olduğunu həkiminə deyib. "sevdiyim qadınla evləndim. Hər zaman mənə kömək edir".

"Tükənmişlik" sindromuna görə aktyor yeni mövsümdə olan bütün təkliflərdən imtina edib. Bunun üçün də nə azərbaycanlı, nə türk, nə də başq aölkələrdə olan heyranları onu bir müddət ekranlarda görə bilməyəcklər. 

Xatırladaq ki, bu sindrom bir neçə il öncə bütün dünyada məşhur olan "Möhtəşəm yüzyıl" serialında "Hürrəm" sultanı canlandıran Məryəm Üzərlinin xəstəliyi kimi tanınır. Aktrisa çəkilişlərin qızğın vaxtında hər şeyi ataraq heç nəyə həvəsinin qalmadığını bildirərək Almaniyaya getmişdi.