Azərbaycanlı aktrisa Türkiyənin ən məşhur filmində

04 İyun, 2019 11:00 | Mədəniyyət | Baxış sayı: 115
Nəsrin Cavadzadə
Nəsrin Cavadzadə

"Eşq təsadüfləri sevər"in ikinci hissəsi çəkilir

Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə ekranlara çıxdığı 2011-ci ildə böyük rezonans doğuran Türkiyənin romantik-dramatik "Eşq təsadüfləri sevər" (Aşk Tesadüfleri Sever) filminin ikinci hissəsində baş rola çəkilir. Cavadzadə filmdə məşhur türk aktyoru Yigit Kirazcı ilə birlikdə baş rolları oynayacaq.

Filmin birinci hissəsində baş rolları Mehmet Günsür və Belçim Bilgin oynamışdı. Rejissor Ömər Sorak 8 ildən sonra "Eşq təsadüfləri sevər" filminin ikinci hissəsini çəkməyə qərar verib. Filmin çəkilişlərinə yaxın günlərdə başlanacaq.

Nəsrin Cavadzadə məşhur Azərbaycan akademiki Mirməmməd Cavadzadənin nəvəsidir. Hazırda aktrisa Türkiyədə yaşayır. O, bir çox türk filmləri və seriallarda çəkilib. "Yaxşı günlər qabaqdadır" və "Quzu" filmlərində oynadığı rollara görə, Cavadzadə iki dəfə Türkiyənin məşhur "Qızıl portağal" kino mükafatına layiq görülüb. O, "İkinci planda ən yaxşı qadın roluna" və "Ən yaxşı qadın roluna görə" nominasiyalarında "Qızıl portağal"ı qazanıb.