İslam dünyanın sonuncu və ən mükəmməl dinidir.
Bir sıra xristian məşhurlar son illər dinlərini dəyişir və onlar islamı qəbul edir. Onlardan bəziləri insam mədəniyyətinə aşiqliyindən, digərləri isə sevgi gücünə islamı qəbul edir.
İstiPress xəbər verir ki, həmin məşhurlar arasında hər birimizin tanıdığı məşhurlar çoxluq təşkil edir.
50 yaşlı müğənni Canet Cekson qısa müddətdir ki, ana olub. Onun bu ilin yanvar ayında 42 yaşlı həyat yoldaşı, qətərli milyarder Uissam Əl Mandan övladı dünyaya gəlib. Körpəyə İssa adı verilib. Övladı dünyaya gəlməzdən öncə müğənni həyat yoldaşının təklifi ilə islamı qəbul edib. Müğənni dinini dəyişdikdən sonra hicaba keçib.
Dünya şöhrətli boksçu Mayk Tayson 1991-ci ildə 18 yaşlı "Miss Qara Amerika" titulunun sahibi Dezire Vaşinqtonu zorlamaqda ittiham olunub. Eyni zamanda, idmançı döyüşdə Ceyms Duqlasa məğlubiyyətinin depressiyasını yaşayıb. Nəticədə Tayson məhkəmə qərarı ilə 6 il müddətinə həbs olunub. 3 il keçdikdən sonra boksçu azadlığa buraxılıb. Azadlığa çıxdıqdan sonra Mayk Tayson islamı qəbul edib. O, belə açıqlama verib: "Mən türmədən çıxdıqdan sonra vanna qəbul etməkdən başqa heç nə istəmirdim. Bütün çirkabları yumaq istəyirdim".
Rusiyanın "Fabrika" mahnı yarışmasından sonra məşhurlaşan ifaçı Mariya Alalkina da islamı qəbul edənlər sırasındadır. O, islamı həyat yoldaşının, hüquqşünas Aleksey Zuenkonun istəyi ilə qəbul edib. Cütlüyün birgə evlilikdən bir qızı dünyaya gəlib. Düzdür, onların sevgisi uzun müddət davam etməyib. Aleksey Mariyanı tərk edərək, başqa qadının yanına gedib. Alalkina isə hicabını açmayıb. O, islam dinində qalaraq, qızını islam adət-ənənəsi ilə tərbiyə edir.
Model Kendra Spirs şahzadə Rəhim Ağa-xan ilə ailə həyatı qurduqdan sonra islamı qəbul edib. O, adını da dəyişərək şahzadə Salva olub. Lakin əri ona fotosessiyalardan iştirak etmək qadağası qoymayıb. Cütlüyün İrfan adlı oğlu var.
Məşhur reper və prodüser 10 ildən çoxdur ki, müsəlmandır. Lakin o, uzun illər hansı dinə sitayiş etməsini bütün mətbuatdan gizli saxlayıb. Bir neçə il öncə o, müsahibəsində belə deyib:
"Bütün həyatım boyu hər şeyin alisini axtarmağa çalışıram. Mənim üçün ən ali - Allahdır. Mən islam dini qəbul etmişəm. Və o, mənim ruhumun rahatlığına xidmət edir".
Bastanın bu sözləri həmin dönəmdə şok effekti yaradıb.
"Tatu" qrupunun 32 aşlı solisti Yuliya Volkova da sevginin gücü sayəsində islam dinini qəbul edib. Sənətçinin Pərviz Yasinovla eşq yaşaması müğənnini bu addımı atmağa vadar edib. O, Şərq mədəniyyətinə valeh olduğunu, Quranın fəlsəfəsini və ərəb dünyasını estetikasından ilham aldığını bildirib. Bir ay əvvəl isə Yuliya kilsədə şəkil çəkdirərək, yenidən xristianlığa döndüyünü bildirib:
"Allah təkdir. Sadəcə ona gedən yollar müxtəlifdir. Öz yolunuzu axtarın və xoşbəxt olun".