Prezident Xalq artisti ilə bağlı sərəncam imzaladı

04 Fevral, 2020 17:57 | Mədəniyyət | Baxış sayı: 164
Əlibaba Məmmədov
Əlibaba Məmmədov

90 yaşı tamam olur

Prezident İlham Əliyev Əlibaba Məmmədovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

İstiPress-i məlumatına görə, sərəncama əsasən, Azərbaycan musiqi mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə Əlibaba Balaəhməd oğlu Məmmədov “Şərəf” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Xalq artisti Əlibaba Məmmədov 1930-cu ilin fevralın 5-də Bakının Maştağa kəndində anadan olub. O, musiqi təhsilini 1953-1958-ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində xanəndə Seyid Şuşinskinin sinfində alıb. Xanəndənin böyük məharətlə ifa etdiyi “Rast”, “Bayatı Şiraz”, “Rahab”, “Dəşti” və başqa muğam-dəsgahlarının səs yazıları AzTV Fondunda saxlanılır. Əlibaba Məmmədov 100-dən artıq mahnı və təsniflər yaratmışdır ki, onlar xanəndələrin repertuarlarına daxil edilib.

Sabah Ə.Məmmədovun 90 illik yubileyidir.