Azərbaycana "yox" deyən müğənniyə sevgili tələsi

04 Yanvar, 2018 12:45 | Mədəniyyət | Baxış sayı: 410
Hadisə və fransız sevgilisi
Hadisə və fransız sevgilisi

Hadisə xəsis sevgilisini atdı

Sevgilisinə görə Azərbaycana "yox" deyən məşhur türk müğənnisis yenə tək qaldı. İstiPress-in məlumatına görə, söhbət Hadisədən gedir.

Hadise fransız sevgilisi üçün bu Yeni ildə səhnəyə çıxmaqdan imtina etmişdi. O, bayramı "Sıfır Tolerans" adlı klipində də yer alan sevgilisi Aurelien Muller ilə Parisdə keçirməyi planlaşdırırdı. Bunun üçün də ona bir gecə oxumaq üçün təklif edilən 1 milyon lirədən imtina edib. İddiaya görə, ona bu təklif Azərbaycandan edilmişdi. 

Amma hər şey müğənninin istəyinə uyğun olmayıb. Hadisə və Muller yeni ilə bir neçə gün qalmış ayrılıblar. Buna səbəb isə fransız modelin xəsisliyi olub. Belə ki, o hətta Paris tətilinin xərclərini də ifaçıya ödətdirməyə çalışıb. Məhz bu cütlük arasındakı münasibəti bitirib.