Xalq artistinin reanimasiyaya düşmə səbəbi - RƏSMİ - YENİLƏINİB

03 Dekabr, 2019 16:34 | Mədəniyyət | Baxış sayı: 289
Xəstəxana
Xəstəxana

Problemin gah ürəyində, gah da ağ ciyərində olduğunu deyiblər

Səhiyyə Nazirliyi Xalq artisti Rafael Dadaşovun səhhəti ilə bağlı məlumat yayıb.

İstiPress-ə qurumdan daxil olan məlumata görə, Xalq artisti dünən axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına ürəyin işemik xəstəliyi infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilib.

Hazırda reanimasiya şöbəsində müalicəsi davam edir. Vəziyyəti həkimlər tərəfindən ağır stabil qiymətləndirilir.

 Rafael Dadaşov
Rafael Dadaşov

16:01

Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Rafael Dadaşovun səhhəti ağırlaşıb.

İstiPress-in məlumatına görə, bu barədə 73 yaşlı Xalq artistinin qızı müğənni Səidə Dadaşova məlumat verib. Onun sözlərinə görə, atasının vəziyyəti yaxşı deyil:

“Atamın vəziyyəti heç də yaxşı deyil. Hazırda Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiya şöbəsindədir. Dəqiq hansı xəstəlikdən əziyyət çəkdiyini bilmirik. Problemin gah ürəyində, gah da ağ ciyərində olduğunu dedilər. Həkim nəzarətindədir, amma səhhəti ağırdır”.