Aktyor Eşton Katçerlə aktrisa Mila Kunisin yeni övladları dünyaya gəlib (FOTO)

03 Dekabr, 2016 03:26 | Mədəniyyət | Baxış sayı: 12
Aktyor Eşton Katçerlə aktrisa Mila Kunisin yeni övladları dünyaya gəlib
Aktyor Eşton Katçerlə aktrisa Mila Kunisin yeni övladları dünyaya gəlib

Məşhur cütlük artıq oğlan uşağı üçün ad da fikirləşib

Hollivud ulduzları - Aktyor Eşton Katçerlə aktrisa Mila Kunisin dünyaya gəlmiş yeni övladlarının adını açıqlayıb. Onlar oğlan uşağı üçün Dimitri adını çox bəyəniblər. 

İstiPress xəbər verir ki, Dimitri Portvud Katçer noyabrın 30-da dünyaya göz açıb. Yeni körpənin çəkisi 3.6 kq olub. Bu, cütlüyün ikinci övladıdır.

"Biz istəyirik ki, övladlarımız gələcəkdə ictimaiyyətə qarışıb-qarışmayacaqlarına özləri qərar versin. Özümüz onların yerinə seçim etmək istəmirik", - aktyor E.Katçer jurnalistlərlə sevincini bölüşərkən belə deyib.

Məlumata görə, cütlük 2015-ci ilin iyulunda ailə qurub. 2014-cü ildə isə onların ilk qız övladı dünyaya gəlmişdi.