Qızların heyran olduğu kişi sərvət qazanacaq

03 Oktyabr, 2018 10:27 | Mədəniyyət | Baxış sayı: 92
Burak Özçivit
Burak Özçivit

Aktyor geyim markasının reklam siması olacaq

Azərbaycanda da olduqca çox qadın pərəstişkarı olan Türkiyənin ən yaraşıqlı aktyoru kameralar önünə qayıdır. İstiPress-in məlumatına görə, söhbət aktyor Burak Özçivitdən gedir. Aktyor reklama çəkiləcək. Bunun müqabilində isə o sərvət qazanacaq. 

Yeni mövsümdə o kişi geyim markasının siması olacaq. Məlumata görə, Özçivit brend ilə 3 milyon lirəyə (təqribən 1,2 milyon manata) razılaşıb. 

Çəkilişlərin gələn həftədən başlayacağı gözlənilir. Bundan başqa aktyorun yeni mövsümdə "Diriliş Ərtoğrul" serialaında da çəkiləcəyi barədə məlumatlar yayılıb.