İki azyaşlını zorlayan rejissor həbs olundu

03 İyul, 2019 12:58 | Mədəniyyət | Baxış sayı: 152
Sterling Van Vagenen
Sterling Van Vagenen

"Heç kimdən üzr istəməyəcəm. Elədiyim günahlardan xəbərim var"

“Sundance” film festivalının qurucusu, rejissor Sterling Van Vagenen həbs olunub.

İstiPress-in məlumatına görə, o, 2013 və 2015-ci illərdə iki uşağı zorlamaqda ittiham olunub. 

Robert Griffinin hakimliyi ilə baş tutan məhkəmə prosesində rejissora hökm oxunub. O, 6 il ərzində azadlıqdan məhrum olunacaq. 

Sterling “Bu vəziyyətdə deyəcəyim sözlərin önəmi yoxdur. Bundan əlavə, heç kimdən üzr istəməyəcəm. Elədiyim günahlardan xəbərim var. Bunu dərindən hiss edirəm”, - deyə bildirib.