Heydər Əliyev Fondunun vitse-prezidentinin ad günüdür

03 İyul, 2018 11:03 | Mədəniyyət | Baxış sayı: 100
Leyla Əliyeva - Heydər Əliyev Fondunun vitse-prezidenti
Leyla Əliyeva - Heydər Əliyev Fondunun vitse-prezidenti

Leyla Əliyevanın Londonda kitabı çıxıb

Gənc Azərbaycan şairi Leyla Əliyevanın “The World Dissolves like a Dream” (“Dünya yuxutək əriyir”) kitabı Londonda işıq üzü görüb.

Azərbaycan ədəbiyyatının dünyada tanıdılması və təbliği istiqamətində Tərcümə Mərkəzi tərəfindən ərsəyə gətirilmiş kitab Böyük Britaniyanın “Hertfordşir Press LTD” nəşriyyatında çap edilib.

Kitaba daxil edilmiş 130 şeiri ingilis dilinə tanınmış ingilis şair və tərcüməçiləri Karolina Valton və Anna Mariya Cekson çevirib. Nəşrin redaktoru Karolina Valtondur.

Xatırladaq ki, bu gün həm də Leyla İlham qızı Əliyevanın doğum günüdür. O, iyul ayının 3-də 1984-cü ildə Moskvada anadan olub. Azərbaycanlı ictimai xadim, 2007-ci ildən Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, 2007-ci ildən Baku jurnalının təsisçisi və baş redaktoru, 2011-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatı Gənclər forumunun mədəniyyətlərarası dialoqunun baş koordinatoru, Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri, Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq ictimai birliyinin (IDEA) təsisçisi və sədridir.