Dünya ulduzları Bakıda - FOTO

03 İyun, 2018 11:57 | Mədəniyyət | Baxış sayı: 253

Azərbaycan Respublikası Mülki Aviasiyasının 80 illik yubiley tədbirində dünya ulduzları iştirak ediblər.

İstiPress-in məlumatına görə, “Buta Palas”da keçirilən tədbirdə Azərbaycanın xalq artisti Emin Ağalarov, həmçinin Vladimir Pesnyakov, Valeriy Miladze, Vaxtanq Kikabidze, Adriano Çelintanonun mahnılarını ifa edən məşhur parodiyaçı Mauriziyo Şveyzer və digər ulduzlar səhnə alıblar.

Bundan başqa, əməkdar artist Naina İbrahimova əfsanəvi ulduz Merlin Monronun obrazında şou göstərib.

Yubileydən çəkilən görüntülər sosial şəbəkələrdə paylaşılıb. Onlardan bir neçəsini təqdim edirik: