Erməni müğənni Azərbaycan bayrağı ilə oxudu VİDEO

03 May, 2018 13:36 | Mədəniyyət | Baxış sayı: 458
Srbuya Sarkisyan Azərbaycan bayrağı fonunda
Srbuya Sarkisyan Azərbaycan bayrağı fonunda

Sarkisyan Kiyevdə çıxış edib

Ukraynada keçirilən vokal yarışmasında çıxış edən ermənilər özlərini biabır etdilər. İstiPresls-in "Sputnik"ə istinadla verdiyi məlumata görə, Kiyevdə "Qolos Ukrainı" da səhnəyə çıxan erməni qızı Azərbaycan bayrağının fonunda mahnı oxuyub.

Srbuya Sarkisyan "Human" adlı mahnı ifa edib. Bu zaman səhnədə olan böyük ekranda Azərbaycan bayrağı da əks olunub. Bu mahnı azadlıq mübarizəsi, insan haqları və dünyada sülhə həsr edilib. 

Müsabiqənin təşkilatçıları erməni müğənninin ifasında səhnədə Azərbaycan bayrağının dalğalandırılmasını texniki nasazlıq adlandırıblar. Sarkisyan isə onları anladığını bildirib. "Hamımız insanıq, səhv edə bilərik. İfam həqiqətən sülhə həsr edilmişdi, təxribat ola bilməzdi". 

Xatırladaq ki, onun ifası olan videoçarx dərhal müsabiqənin saytından, "YoTube" kanalından silinib.