Emin Ağalarov qız atası oldu

03 Yanvar, 2019 09:30 | Mədəniyyət | Baxış sayı: 135
Emin Ağalarov və Alyona Qavrilovanın toyu
Emin Ağalarov və Alyona Qavrilovanın toyu

İfaçının bayram günü körpəsi doğulub

Azərbaycanın xalq artisti, müğənni, bəstəkar və iş adamı olan Emin Ağalarov növbəti dəfə ata olub. İstiPress-in məlumatına görə, Alina Qavrilova ilə ailə quran ifaçının yeni il gecəsində qızı dünyaya gəlib. Cütlük bu barədə hələlik heç bir rəsmi açıqlama verməyib. 

Xatırladaq ki, bu Emin və Alinanın ikinci övladlarıdır. E.Ağalarovun Leyla Əliyeva ilə evliliyindən əkiz oğlanları (Əli və Mikayıl) var. Bundan başqa o L.Əliyevanın övladlığa götürdüyü Əminə adlı qızı da himayəsinə götürüb.

Qavrilovanın da ilk evliliyindən bir oğlu doğulub. 

Emin və Alinanın toyu ötən yayda Moskva ətrafında baş tutmuşdu.