Emin 3 günlük qızının adını nə qoydu?

03 Yanvar, 2019 12:23 | Mədəniyyət | Baxış sayı: 367
Araz Ağalarov nəvələri ilə
Araz Ağalarov nəvələri ilə

Araz Ağalarov yeni doğulan nəvəsindən danışıb

"Emin mənə nəvə hədiyyə etdi". Azərbaycanlı iş adamı Araz Ağalarov növbəti dəfə baba olması barədə yayılan xəbərləri təsdiqləyib.

İstiPress-in "Komsomolskaya pravda"ya istinadla verdiyi məlumata görə, Emin Ağalarov və Alina Qavrilovanın qızları yeni ilə bir neçə saat qalmış dünyaya gəlib.

O, hazırda nəvəsi və gəlinin özlərini yaxşı hiss etdiklərini deyib. "Hər şey mükəmməldir. Hələlik ad qoymamışıq".

Xatırladaq ki, Leyla Əliyeva ilə evliliyindən əkiz oğlanları olan Xalq artisti Emin Ağalarov ötən ilin yayında ikinci dəfə ailə qurmuşdu.