Xalq artisti Aygün Kazımovanın ailəsində itki

02 Dekabr, 2019 12:36 | Mədəniyyət | Baxış sayı: 162
Aygün Kazımova
Aygün Kazımova

Pop-divanın qardaşı dünyasını dəyişdi

Xalq artisti Aygün kazımovanın ailəsində ağır itki baş verib. Bu barədə aparıcı Hacı Nuran öz "İnstagram" səhifəsində məlumat paylaşıb. O, ifaçının qardaşının vəfat etdiyini bildirib.

"İtkiləri sevmirəm ... Ağırdır, üzücüdür... İnsan toparlana bilmir ... Xüsusən də bu, doğma, əziz insanın itkisi olanda, adam özünə çətin gəlir ... Aldığım bir xəbərdən çox üzüldüm: Azərbaycan Respublikasının xalq artisti, səhnəmizin pop-divası Aygün Kazımovanın qardaşı dünyasını dəyişib ... Məkanı cənnət olsun ...

Əzizim Aygün, bu ağır günlərdə yanındayıq ... Dərdinə şərik, qəminə ortağıq ... Sənə dərin hüznlə başsağlığı verir, səbr diləyirəm ...

Qeyd edim ki, mərhumun 3 mərasimi, bu gün Təzə Pir məscidində veriləcək. Allah rəhmət eləsin".

Qeyd edək ki, ifaçının qardaşı Kazımov Kazım Ələsgər oğlu Cinayət Məcəlləsinin 178.3.2-ci və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək həbs edilmidşi. O, noyabr ayında azadlığa çıxmışdı.